Geri

02 avqust 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatmışdır. A.Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 07:56-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu Nağaraxana kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən 250 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 1980-cı il təvəllüdlü Məmmədov Şamil Həsənəli oğlunun axtarışları başa çatmışdır. Ş.Məmmədovun cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:15-də başa çatmışdır;

Xızı rayonu, Fındığan kəndində kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı və heyvan yataqlari yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 avqust 2015-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,  Şamaxı rayonu, Nağaraxana kəndində süni göldə batdığı ehtimal olunan bir nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılmışdır. Əlavə məlumat veriləcək.

Geri

01 avqust 2015-ci il saat 23:50-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus həyətdə ümumi sahəsi 3 kv.m olan taxta konstruksiyalardan  ibarət tikilinin içərisində  3 litrlik məişət qaz balonundan sızan qaz və  tikili yanmışdır. Tikiliyə bitişik ev yanğından mühafizə olunmuşdur.   Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Bədəlli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 8 ton yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaşayış evi yanğından mühafizə olunmuşdur.. Yanğın saat 15:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu Haramı düzündə 10 ha sahədə  kol-kos və quru ot yanmışdır. Yaxıdakı  fermalar  yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar  rayonu, Yasab kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl  sahəsi yanmışdır.  Digər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Giləzi qəsəbəsində vətəndaşa məxsus bağ sahəsində 4 ton ot yanmışdır.  Yaxınlıqdalkı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Nic qəsəbəsində bələdiyəyə məxsus ərazidə 70 ha sahədə biçilmiş əkin sahəsi, 30 ha sahədə  kol-kos  və quru ot     yanmışdır.  Yaxınlıqdakı  meşə   zolağı  yanğından mühafizə  olunmuşdur.  Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Ərməki kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının  1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Şurabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan  tövlənin  dam örtüyünün  yanar konstruksiyaları 25 kv.m  sahədə  və yaxınlıqda  yığılmış 2 ton ot  bağlaması  yanmışdır.   Tövlənin  qalan  hissəsi  yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Məşədilər  kəndində kənd  bələdiyəsinə məxsus ərazisində 10 ha sahədə kol-kos və  quru ot yanmışdır. Yaxınlıqda meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Rus Borisi kəndində kənd bələdiyyəsinə məxsus  ərazidə  10 ha sahədə  biçilmiş taxıl sahəsi  yanmışdır. Yaxınlıqdakı meşə  zolağı yanğından muhafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Uzuntəpə kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış  10 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Agsu  rayonu, Nüydü kəndində kənd bələdiyyəsinə məxsus  ərazidə 50 ha sahədə  biçilmiş taxıl sahəsi yanmışdır. Digər əkin sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.