Geri

15 avqust 2015-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı şəhərində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 km aralı, nəzarətsiz ərazidə) 1981-ci il təvəllüdlü Əliyev Ramin Əlirza oğlu batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. R.Əliyevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:20-də başa çatmışdır.

Geri

15 avqust 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində dağlıq ərazidə 50 ha sahədə quru ot və kol-kos yanmışdır. Ərazidəki ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 avqust 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köşkün yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Musalı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus "ГАЗ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Kijəbə qəsəbəsində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan 4 otaqlı mənzilin 3 otağı, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 135 kv.m sahədə yanmışdır. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Giləzi qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m sahədə olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin eyvanının taxta konstruksiyaları 2 kv.m sahədə, otağın qapı və pəncərəsi 4 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Aşağı Kəldək kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus 10 ton ot bağlaması və bələdiyyəyə məxsus 160 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və yük hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 avqust 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 02:40-da başa çatmışdır.