Geri

14 avqust 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Çərəkə kəndində vətəndaşa məxsus ümumi sahəsi 312 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Milabad qəsəbəsində (rayon mərkəzindən 18 km aralı) hal-hazırda istismara yararsız ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli tikilinin birinci mərtəbəsində 30 kv.m sahədə məişət tullantıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olumuşdur. Yanğın saat 18:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 avqust 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 800 metr sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 18:35-də başa çatmışdır.

Geri

14 avqust 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və ərazidə 300 kv.m sahədə quru ot yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 avqust 2015-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 14:25-də başa çatmışdır.

Geri

14 avqust 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:27-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:35-də başa çatmışdır.

Geri

14 avqust 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:00-da başa çatmışdır.

Geri

14 avqust 2015-ci il saat 11:30-dək, ilkin məlumata əsasən:

13.08.2015-ci il tarixində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlunun dənizdə batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. Axtarışlar nəticəsində 14.08.2015-ci il tarixində Ü.Abdullayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:55-də başa çatmışdır.

Geri

14 avqust 2015-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Peyk kəndində "Azərişıq" ASC-yə  məxsus gücü 100 kVt olan transformatorun ayırıcı açarı yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Mülkülü kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha quru ot və biçilmiş taxıl sahəsi yanmışdı. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur.Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qusar rayonu, İmamqulu kəndində vətəndaşa məxsus həyətyani sahəyə yığılmış 6 ton ot bağlamasının  3 tonu  yanmışdır. Ot bağlamasının qalan hissəsi  yanğından muhafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz və Şəki rayonlarının sərhədləri   boyunca 200 ha sahədə  biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı və kəndlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

13 avqust 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda fərdi yaşayış evində  termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır.