13.08.2015-ci il tarixində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Abdullayev Ülvi Rauf oğlunun dənizdə batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. Axtarışlar nəticəsində 14.08.2015-ci il tarixində Ü.Abdullayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:55-də başa çatmışdır.
Salyan rayonu, Peyk kəndində "Azərişıq" ASC-yə məxsus gücü 100 kVt olan transformatorun ayırıcı açarı yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonu, Aşağı Mülkülü kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha quru ot və biçilmiş taxıl sahəsi yanmışdı. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur.Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qusar rayonu, İmamqulu kəndində vətəndaşa məxsus həyətyani sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Oğuz və Şəki rayonlarının sərhədləri boyunca 200 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı və kəndlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda fərdi yaşayış evində termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır.