Geri

14 avqust 2015-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Peyk kəndində "Azərişıq" ASC-yə  məxsus gücü 100 kVt olan transformatorun ayırıcı açarı yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Aşağı Mülkülü kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha quru ot və biçilmiş taxıl sahəsi yanmışdı. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur.Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qusar rayonu, İmamqulu kəndində vətəndaşa məxsus həyətyani sahəyə yığılmış 6 ton ot bağlamasının  3 tonu  yanmışdır. Ot bağlamasının qalan hissəsi  yanğından muhafizə olunmuşdur. Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz və Şəki rayonlarının sərhədləri   boyunca 200 ha sahədə  biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı və kəndlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

13 avqust 2015-ci il saat 23:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda fərdi yaşayış evində  termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:30-da başa çatmışdır.