Geri

13 avqust 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Masallı  rayonu, Göyəçöl kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan kürsulü 5 otaqlı evin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə, 1 otağın  yanar konstruksiyaları 20 kv.m və dəhlizin tavanı 10 kv.m sahədə yanmışdır.  Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:25-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda açıq sahədə 80 kv.m   məişət tullantıları və təkər qalıqları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:26-da başa çatmışdır.

Geri

13 avqust 2015-ci il saat 09:20-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu, Dünyamalılar kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 14 ton ot  bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2015-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Oğuz rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə kol-kos və ağaclıq 15 ha sahədə yanmışdır. Meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2015-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Yolağac kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus məxsus ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın zamanı ev sahibinin oglu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 05:10-da başa çatmışdır.

Geri

13 avqust 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonu, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 03:20-da başa çatmışdır.

Geri

13 avqust 2015-ci il saat 03:15-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Kərgəlan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2015-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 01:00-da başa çatmışdır.

Geri

13 avqust 2015-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Nizami rayonunda  parkın ərazisində 1ha quru ot, bir illik 40 ədəd şam ağacı yanmış və on illik 70 ədəd şam ağacı qismən qarsalanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Abşeron rayonunda gücü 250 kVt olan transformatorun giriş və çıxış kabelləri 3 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 avqust 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:03-də başa çatmışdır.