Lənkəran rayonu, Kərgəlan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövlənin damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 01:00-da başa çatmışdır.
Gəncə şəhəri, Nizami rayonunda parkın ərazisində 1ha quru ot, bir illik 40 ədəd şam ağacı yanmış və on illik 70 ədəd şam ağacı qismən qarsalanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Abşeron rayonunda gücü 250 kVt olan transformatorun giriş və çıxış kabelləri 3 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:03-də başa çatmışdır.