Geri

12 avqust 2015-ci il saat 22:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:15-də başa çatmışdır.

Geri

12 avqust 2015-ci il saat 22:10-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonu, Mican kəndində (rayon mərkəzındən 3 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə  ümumi sahəsi 144 kv.m olan birmərtəbəli kürsülü 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 160 kv.m olan talvarın yanar konstruksiyaları 120 kv.m sahədə və altına yığılmış 20 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur.Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2015-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 19:45-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 19:50-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 19:53-da başa çatmışdır.

Geri

12 avqust 2015-ci il saat 19:10-dək, ilkin məlumata əsasən:

Siyəzən şəhərində ümumi sahəsi 6 kv.m olan qazanxananın içərsində 1,5 p.m elektrik naqili və 3 ədəd elektrik açarı yanmışdır. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Saatlı rayonu, Çolpı kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin tavanı 108 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36 kv. m olan 2 otaqlı mənzilin eyvanın lambirdən ibarət üzlüyü mətbəx əşyaları ilə birlikdə və digər vətəndaşa məxsus eyvanın lambirdən ibarət üzlüyü 3 kv.m sahədə yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2015-ci il saat 18:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:15-də başa çatmışdır.

Geri

12 avqust 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:18-də başa çatmışdır.

Geri

12 avqust 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:58-də başa çatmışdır.

Geri

12 avqust 2015-ci il saat 15:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:16-da başa çatmışdır.

Geri

12 avqust 2015-ci il saat 14:40-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Qırmızı Samux kəndində (rayon məkəzindən 33 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyü, bitişik ümumi sahəsi 6 kv.m olan köməkçi tikili və ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyü, bitişik qamışdan ibarət talvar 90 kv.m sahədə yanmışdır. Bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 20 kv.m olan yeməkxananın lambirdən ibarət tavanı 5 kv.m sahədə  yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2015-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər  bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və yıxılmış vəziyyətdə aşkar edilən şəxs hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Əməliyyat saat 11:25-də başa çatmışdır.

Geri

12 avqust 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Tovuz rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4.5 ton ot tayasının 1.5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Separadi kəndində (rayon mərkəzindən  20 km aralı) gücü 6 kVt olan transformatorun yağ açarı yanmışdır. Transformatorun yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Garış-Əyrıbənd kəndində (rayon mərkəzındən 29 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 660 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları  360 kv.m sahədə və yaxınlıqda yerləşən ümumi sahəsi 240 kv.m olan tikilinin altına yığılmış 90 ton ot bağlamasının 55 tonu yanmışdır. Yanğın zamanı tikilinin içərində 1 baş iribuynuzlu heyvan tələf olmuşdur. Tövlənin, ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan 2 mərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dam örtüyunün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 02:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 avqust 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:47-də başa çatmışdır. 

Geri

12 avqust 2015-ci il saat 00:40-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonu, Sadan kəndində (rayon mərkəzindən 10 km aralı) 5 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı neft buruqları yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 0.3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Eynibulaq kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus 7 ha sahədə biçilmiş taxıl sahəsi və 40 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 45 kv.m olan taxtadan ibarət istifadəsiz köşk yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Alpan kəndində  (rayon mərkəzindən 20 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə  biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı  tikililər  yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində vətəndaşa  məxsus həyətyanı sahədə ümumi sahəsi 24 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlaması, tövləyə  bitişik  ümumi sahəsi 30 kv.m olan talvarın yanar konstruksiyaları və  altına yığılmış 12 ton ot bağlamasının 7 tonu  yanmışdır. Yaxınlıqdakı ot bağlamasının qalan hissəsi və  tikililər  yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:22-də başa çatmışdır.