Geri

01 avqust 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Qaracəmirli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci killometrində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılmışdır. Nəticədə, deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə  yerində vəfat etmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 05:05-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Barlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı minik avtomobilinin sərnişini 1961-ci il təvəllüdlü Sevil İsif qızı Qasımova vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 06:59-da başa çatmışdır.

Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 14 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 avqust 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, Üzdənoba kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 4 ton ot tayası yanmışdır. Yaxınlıqdakı tövlə və ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda 4 ədəd şam ağacı və 15 p.m elektrik naqilləri yanmışdır. Yaxınlıqdakı ağaclar və məktəb ləvazimatları mağazası yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 avqust 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:46-da başa çatmışdır.

Geri

01 avqust 2015-ci il saat 00:50-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "QAZel" markalı mikroavtobusun mühərrikində elektrik avadanlıqları qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.