Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 avqust 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Dəllər qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə ümumi sahəsi 1000 kv.m olan tikilinin üzlüyü 100 kv.m sahədə və 300 kv.m sahədə kol-kos yanmışdır.

03 avqust 2015-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

03 avqust 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda bir neçə avtomobilin toqquşması yanğınla nəticələnən yol-nəqliyyat qəzasına səbəb olmuşdur...

02 avqust 2015-ci il saat 22:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir...

02 avqust 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km aralı, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Dövlətov Mehman Elman oğlu batmışdır.

02 avqust 2015-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir...

02 avqust 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Xızı rayonu, Dizəvər kəndində (rayon mərkəzindən 42 km aralı) dağlıq ərazidə 4 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunmuşdur.

02 avqust 2015-ci il saat 20:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır...

02 avqust 2015-ci il saat 19:45-dək, ilkin məlumata əsasən:

Qusar rayonu, İmamqulukənd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 2 ton ot bağlaması yanmışdır.

02 avqust 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr