Geri

28 iyul 2015-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

Mingəçevir şəhərində 4 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 Qazax rayonu, Xanlıqlar kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 90 ha  sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş vermişdir. Nəticədə  mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Yanğın nəticəsində 1 nəfər xəsarət almışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Şirvan şəhərində fəaliyyət göstərməyən restoranının həyətyanı ərazisində 280 kv.m quru ot, kol-kos və ümumi sahəsi 18 kv.m olan 2 otaqlı tikilinin tavanı 9 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar şəhərində ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli 16 mənzilli yaşayış binasının çardağı 700 kv.m sahədə və vətəndaşlara məxsus mənzilin 1 otağının tavanı 10 kv.m sahədə, ev əşyaları qismən , digər mənzilin 1 otağının tavanı 15 kv.m sahədə, ev əşyaları yanmışdır. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:30-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda qəbirstanlıq ərazisində 2 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

28 iyul 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 09:00-da başa çatmışdır;

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 450 kv.m olan çörək sexinin yanar konstruksiyaları  300 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və bitişik mebel sexi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürən-xilasedicilər mənzilin giriş qapısını açaraq vətandaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:00-da başa çatmışdır.                                 

Abşeron rayonu, Novxanı kəndində vətəndaşa məxsus 1 ha sahədə quru ot yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Əmirarx kəndindəndə vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonu, Giləzi kəndində dağlıq ərazidə meşə zolağında tüstülənmə ocaqları müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin helikopterləri yanğın ocaqlarının söndürülməsinə cəlb olunublar. Hazırda əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Geri

28 iyul 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 50 kv.m olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanmışdır. Mağaza və bitişik obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab şəhərində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən rayonu, Xoşbulaq kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonu, Çallı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 400 kiloqram ot və evin həyətyanı sahəsinə yığılmış 18 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan mağazanın tavanı və içərisində olan ərzaqlar 120 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Muğanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Tövləyə bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Kürd Eldarbəyli kəndində (rayon mərkəzindən 38 km aralı) bələdiyyəyə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi yanmışdır. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu, Ələt Astara yolunun 140-cı kilometrliyində vətəndaşa məxsus “AzSAMANT” markalı minink avtomobilinin aşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “AzSAMANT” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:00-da başa çatmışdır.

Şamaxı rayonu, Adnalı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.