Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

25 iyul 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Türkədi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 kv.m sahədə və evə bitişik ümumi sahəsi 70 kv.m olan lambirdən ibarət talvar yanmışdır.

25 iyul 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

25 iyul 2015-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

25 iyul 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan ərazidə ümumi sahəsi 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

25 iyul 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Qraqlı kəndində vətəndaşa məxsus ümumi sahə 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 kv.m. sahəyə yığılmış geyım paltarları yanmışdır. Ev yanğından mühafizə olunmuşdur.Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

25 iyul 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Balakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin qamışdan ibarət tavanı yanmışdır.... 

24 iyul 2015-ci il saat 23:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 22:50-də...

24 iyul 2015-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunmuşlar. Əməliyyat saat 21:04-də başa...

24 iyul 2015-ci il saat 21:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Sarxanlı kəndində kənd bələdiyəsinə məxsus ərazidə 2 ha sahədə  biçilmiş taxıl sahəsi və vətəndaşa məxsus üzüm bağında üzüm tağları 80 kv.m sahədə yanmışdır. Üzüm bağının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

24 iyul 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Seyfəli kəndində vətandaşa məxsus ümumi  sahəsi 50 kv.m olan tövlənin dam örtüyünü yanar konstruksiyaları  20 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr