Geri

07 iyun 2015-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə, avtomobillər deformasiyaya uğramış, hər iki avtomobilin sürücüsü və avtobusda olan 2 sərnişin avtomobillərdə sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər 3 nəfərin xilasını təmin etmiş, digər 1 nəfər sərnişinin cəsədini isə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:41-də başa çatmışdır;

Cəlilabad rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus T-40 markalı traktorun qoşqusuna yığılmış 1 ton ot bağlaması və ətrafda 0,3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Traktor və qoşqu yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

07 iyun 2015-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyü 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

07 iyun 2015-ci il saat 10:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 09:48-də başa çatmışdır.

Geri

07 iyun 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu, Haramı düzündə 20 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Qarabörk kəndində vətandaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdır. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lerik rayonu, Dəstər kəndində İcra Hakimiyyətinin balansınada olan ümumi sahəsi 60 kv.m olan birmərtəbəli mədəniyyət evinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:10-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

07 iyun 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu Təngəaltı kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində sürücüsü və sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:11-da başa çatmışdır.

Bakı şəhəri, Suraxanı rayonunda vətandaşa məxsus "TOYOTA" markalı minik avtomobilinin mühərrik hissəsi və 1 ədəd qabaq təkəri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihar məqsədilə tikilməkdə olan onbeşmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınmışdır. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:14-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:20-də başa çatmışdır.

Geri

07 iyun 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhəri ərazisində bir-birnə bitişik hər birinin sahəsi 15 kv.m olan 2 ədəd istifadəsiz qarajın dam örtüyünün yanar konstruksiları 30 kv.m sahədə və 1 ha sahədə quru ot yanmışdır. Qarajların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonu, Kəbirli kəndində vətandaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.