Geri

30 iyun 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda sahibi məlum olmayan "Lilac" şirkətinə məxsus, ümumi sahəsi 30 kv.m olan anbarda 1 kv.m sahədə gül aksesuarları yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 3 kv.m sahədə ərimişdir. Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 15 kv.m olan qarajin içərisinə yığılmış ev əşyaları 10 kv.m sahədə və ətrafına yığılmış məişət tullantıları 20 kv.m sahədə yanmışdır. Qarajın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda "KOLON İNŞAAT" tikinti şirkətinin ərazisinə yığılmış 1 kub.m sahədə istifadə olunan taxta materialları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühfizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda  1 nəfər dərəyə  düşmüş və orada köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş ehtiyatsızlıqdan dərəyə yıxılmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi  dərədən çıxarmış və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 16:52-də başa çatmışdır;

Lənkəran rayonu, Osakücə kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan taxtadan ibarət tövlənin yanar konstruksiyaları və damına  yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədə 45 ədəd ev quşu tələf olmuşdur. Bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən  sudan çıxarılaraq xilas olunmuşlar. Əməliyyat saat 17:00-da başa çatmışdır;

Bərdə rayonu, Hacallı kəndində vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan talvarın və bitişik tikilmiş 50 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:23-də başa çatmışdır. 

 

Geri

30 iyun 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasə:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:14-də başa çatmışdır.

Geri

30 iyun 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:11-də başa çatmışdır.

Geri

30 iyun 2015-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Şamaxı şəhərində “Muğanbank” ASC–nin inzibati binasının xarici divarında ümumi sahəsi 4 kv.m olan reklam lövhəsinin yanar  konstruksiyaları 1 kv.m sahədə yanmışdır. İnzibati bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Üçüncü Zobuculuq qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

30 iyun 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:27-də başa çatmışdır.

Geri

30 iyun 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının yeraltı qarajında divara quraşdırılmış elektrik şitində 1 ədəd elektrik sayğacı və 0,5 p.m giriş kabelləri yanmışdır. Qaraj yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Üçtəpə kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Quşlar kəndində (rayon mərkəzindən 44 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmış və 300 kv.m sahədə biçilməmiş taxıl sahələri yanmışdır. Ərazidə olan digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonuunda bələdiyyəyə məxsus ərazidə 25 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonu, Yenikənd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1,3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda gücü 6 kVt olan transformatorun yağı, sarğıları və ətrafında 80 kv.m sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2015-ci il saat 01:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:53-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:25-də başa çatmışdır.