Geri

24 iyun 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Daşüz kəndində (rayon mərkəzindən 9 km aralı) bələdiyyəyə məxsus ərazidə 12 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Üçgünqışlaq kəndində (rayon mərkəzimdən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 32 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 3,6 ton ot bağlamasının 2 tonu, ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altında yığılmış 4,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Hər iki ot bağlamasının qalan hissəsi və yaxınlığda olan fərdi yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

24 iyun 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Qəbələ rayon, Tikanlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus “T-40” markalı traktorun qoşqusuna yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Traktor və qoşqu yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

24 iyun 2015-ci il saat 02:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 02:10-da başa çatmışdır.

Geri

24 iyun 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:00-da başa çatmışdır.

Geri

24 iyun 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus sahədə 400 kv.m biçilmiş taxıl sahəsi və əraziyə yığılmış 3,8 ton ot bağlamasının 0,8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Bucaq kəndində (rayon mərkəzindən 13 km) vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun taxta konstruksiyaları və qoşquya yığılmış 3 ton ot bağlaması yanmışdır. Traktor və qoşqunun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus “MİNSK” markalı iki təkərli motosikletin yanar hissələri və ətrafında 50 kv.m sahədə quru ot yanmışdır. Ərazidə olan digər otlaq sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı-Hacıqabul-Qobustan rayonlarının sərhədləri boyunca dağlıq ərazidə 2000 ha sahədə otlaq sahələr yanmışdır. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri, neft buruqları və heyvan yataqları yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (üst örtüyü qamışdan ibarət) yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.