Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2150 kv.m olan “MƏRKƏZİ” kafenin vestibülünün tavanı 72 kv.m sahədə yanmışdır. Yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən Bristol mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğramışdır. Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Kafenin qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Biləsuvar rayonu, Ağalıkənd kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 172 kv.m olan köməkçi tikilinin tavanı 4 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.