Geri

15 may 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:10-da başa çatmışdır.

Geri

15 may 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Surra kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan talvarın altına yığılmış 12 ton ot bağlamasının 3 tonu yanmışdır. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 may 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində məlum olmuşdur ki, vətəndaş çoxmərtəbəli binanın eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılmış və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:01-də başa çatmışdır.

Geri

15 may 2015-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:25-də başa çatmışdır.

Geri

15 may 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Balakən rayonu,Kortalar kəndində vətəndaşa məxsus həyətyanı  sahədə tikilmiş ümumi sahəsi 9 kv.m olan taxta konstruksiyadan ibarət hamamın yanar konstruksiyaları yanmışdır. Yanğından yaxınlıqdakı diqər tikililər mühafizə olunmuşdur. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.