Geri

15 may 2015-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər mənzilin giriş qapısını açaraq azyaşlını xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:25-də başa çatmışdır.

Geri

15 may 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Balakən rayonu,Kortalar kəndində vətəndaşa məxsus həyətyanı  sahədə tikilmiş ümumi sahəsi 9 kv.m olan taxta konstruksiyadan ibarət hamamın yanar konstruksiyaları yanmışdır. Yanğından yaxınlıqdakı diqər tikililər mühafizə olunmuşdur. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.