Geri

14 may 2015-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:08-də başa çatmışdır.

Geri

14 may 2015-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhər, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin eyvanın döşəməsi 1 kv.m sahədə yanmışdır. Yanğından mənzilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Bakı şəhər, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan tövlənin yanar konstruksiyaları 120 kv.m sahədə yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 may 2015-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:53-də başa çatmışdır.

Geri

14 may 2015-ci il saat 03:05-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonunda,vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan  geyim mağazasının yanar konsturuksiyaları və tavanı 35 kv.m sahədə yanmışdır. Yanğından mağazanın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 01:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 may 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Sabunçu rayonu, Sabunçu qəsəbəsində dəmiryolunun kənarında mazut qarışıq məişət tullantıları 100 kv.m sahədə yanmışdır. Yanğından yaxınlıqdakı dəmiryolu xətti və tikililər mühafizə olunmuşdur. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu,Mahmudavar kəndi ( rayon mərkəzindən 19 km aralı ) vətəndaşa məxsus ümumi sahəsi 200 kv. m olan 2 mərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 10 kv. m sahədə və dəhlizin tavanı 20 kv. m sahədə və evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 48 kv. m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.