Geri

04 aprel 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyü yanır. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunmuşdur. Hal-hazırda yanğının qarşısı alınmışdır. Əlavə məlumat verilicək.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonunda döyüş sursatı aşkarlanmışdır. Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aşkarlanmış sursata baxış keçirmişlər. Məlum olmuşdur ki, bu təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir. Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 13:50-də başa çatmışdır.
Geri

04 aprel 2015-ci il saat 09:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:38-də başa çatmışdır.

Geri

04 aprel 2015-ci il saat 09:15-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Soyuqbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan taxta konstruksiyadan ibarət birmərtəbəli 2 otaqlı ev və əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m olan, hal-hazırda sökülməkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Aşağı Salahlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə yanmışdır. Yanğından tövlənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 07:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə şəhərində 3 mərtəbəli binanın zirzəmisində 7 kv.m sahədə məişət tullantıları yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 aprel 2015-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonunda vətəndaşa məxsus "CHEVROLET" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Aşağı Tala kəndində (rayon mərkəzindən 5 km aralı), transformatorun yağı yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühaizə olunmuşdur. Yanğın saat 00:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.