Geri

03 aprel 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evinin 2 otağının yanar konstruksiyaları 55 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur  Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 29 kv.m olan kürsülü, birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 aprel 2015-ci il saat 18:50-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Quruzma kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabəddən ibarət olan ev və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 aprel 2015-ci il saat 09:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda qayıqla dənizə çıxmış 2 nəfər balıqçı (xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru) batma təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuşlar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 08:42-də başa çatmışdır.

Geri

03 aprel 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət yaşayış evinin birinci mərtəbəsində mətbəxin tavanı 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində elektrik sayğacı yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 336 kv.m olan 3 evin yanar konstruksiyaları 92 kv.m sahədə yanmışdır. Evlərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 aprel 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:17-də başa çatmışdır.