Geri

07 mart 2015-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonu ərazisində “VAZ” və “Toyota” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “VAZ” markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 19:20-də başa çatmışdır.

Geri

07 mart 2015-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Əliyev Tofiq Məmməd oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı T.Əliyevin vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 18:50-də başa çatmışdır.

Geri

07 mart 2015-ci il saat 18:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:43-də başa çatmışdır.

Geri

07 mart 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:05-də başa çatmışdır.

Geri

07 mart 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilin eyvanında kağız və taxta qırıntıları 3 kv.m sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

07 mart 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər giriş qapısını açaraq mənzilə baxış keçirmiş və ruhi xəstə olan vətəndaşı aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 15:18-də başa çatmışdır.

Geri

07 mart 2015-ci il saat 04:15-dək:

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan aptekin lambirdən ibarət tavanı 28 kv.m sahədə yanmışdır. Aptekin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

07 mart 2015-ci il saat 02:40-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus  üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində  ümumi sahəsi 48 kv. m olan ikiotaqlı  və digər vətəndaşa  məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları  yanmışdır.  Yanğın zamanı binadan  30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunmuşdur. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.