Geri

06 mart 2015-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü Mahmudov Elman Hüseyinbala oğlunun cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:35-də başa çatmışdır.

Geri

06 mart 2015-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Cəlilabad rayonu, Uzuntəpə kəndində kanalda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 110 km aralıda nəzarətsiz ərazidə) 2006-ci il təvəllüdlü Xəqani Kamil oğlu Həsənov batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışdır. Xəqani Həsənovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:25-də başa çatmışdır.

Geri

06 mart 2015-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birotaqlı mənzilin zirzəmisinə yığılmış 25 kv.m sahədə köhnə ev əşyaları və məişət tullantıları  yanmışdır. Yanğın zamanı  qonşu mənzildən 2 nəfər sakin yanğınsöndürənlər tərəfindən  təxliyyə olunmuşdur. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Əhmədabad kəndində "MİTSUBİSHİ" markalı minik  avtomobilinin salonu və yük hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

06 mart 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus avtomobil təmiri servisinin ərazisində "LEXUS" markalı minik avtomobilin salonu, yük hissəsi, arxa təkərləri, yaxınlıqda dayanmış yükqaldırıcı avtomobilin salonu və arxa təkərı yanmışdır. Yüksək temperaturdan salonun plastik qapısı deformasiyaya uğramışdır. Avtoservisin və avtomobilərin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almış və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

06 mart 2015-ci il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:34-də başa çatmışdır.

Geri

06 mart 2015-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1 nəfər sərnişin maşında ayağı sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər vətəndaşı deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarmış və aidiyyəti üzrə təvil vermişlər. Əməliyyat saat 22:18-də başa çatmışdır.