Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1 nəfər sərnişin maşında ayağı sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər vətəndaşı deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarmış və aidiyyəti üzrə təvil vermişlər. Əməliyyat saat 22:18-də başa çatmışdır.