Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən, Salyan şəhərində yağan qarın əriməsi nəticəsində həyətyanı sahələrə su dolmuşdur. Nazirliyin müvafiq qurumları qeyd olunan ərazidə qar suyunun çəkilməsi prosesini həyata keçirmişdir. Əməliyyat saat 17:00-da başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:15-də başa çatmışdır.
Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 4 otaqlı kürsülü evin bir otağının döşəməsi 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə edilmişdir. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar kostruksiyaları 20 kv.m sahədə və ev əşyaları yanmışdır. Qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gədəbəy rayonu, Zəhmətkənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 5 kv.m sahədə və çardağına yığılmış 1 ton ot bağlamasının 100 kq-ı yanmışdır. Tövlə, ot bağlamasının qalan hisəsi və yaxınlığdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Nəsimi rayonunda coxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 8 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan lambirdən ibarət tavanı 18 kv.m sahədə ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:18-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşınların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:25-də başa çatmışdır.
Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.