Geri

05 mart 2015-ci il saat 15:30-dək:

Bakı şəhəri, Nəsimi rayonunda coxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi  96 kv.m olan 2 otaqlı  mənzilin  mətbəxində mətbəx mebeli 8 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan lambirdən ibarət tavanı 18 kv.m sahədə ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları  40 kv.m  sahədə  yanmışdır.  Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

05 mart 2015-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:18-də başa çatmışdır.

Geri

05 mart 2015-ci il saat 03:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşınların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:25-də başa çatmışdır. 

Geri

05 mart 2015-ci il saat 01:30-dək:

Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.