Geri

04 mart 2015-ci il saat 20:05-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron  rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:26-da başa çatmışdır.

Geri

04 mart 2015-ci il saat 19:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş ticarət mərkəzinin damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırmaq mümkün olmadığından əlverişli şəraitdən istifadə edərək vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:45-də başa çatmışdır.

Geri

04 mart 2015-ci il saat 16:25-dək (Video):

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşların köməyə ehtiyyacı olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, 5 №-li istilik qazanxanasının ərazisində yerləşən, hündürlüyü təxminən 85 metr olan dəmir-beton konstruksiyalı tüstü borusunun 65 metrliyində aparılan söküntü işləri zamanı dəmir və taxta konstruksiyadan ibarət pilləkanın uçması və təhlükəli vəziyyətin yaranması nəticəsində 3 nəfər işçi köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə vətəndaşları aşağı endirmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:24-də başa çatmışdır.

Geri

04 mart 2015-ci il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:23-də başa çatmışdır.

Geri

04 mart 2015-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:00-da başa çatmışdır. 

Geri

04 mart 2015-ci il saat 14:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınmışdır. Əlavə məlumat veriləcək.

Geri

04 mart 2015-ci il saat 13:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:09-da başa çatmışdır.

Geri

04 mart 2015-ci il saat 12:30-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin dam örtüyü və içərisində olan əşyalar yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 mart 2015-ci il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli fərdi yaşayış evində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Fərdi yaşayış evinə baxış keçirilərkən 1945-ci il təvəllüdlü İbrahimov Arif Zülfəli oğlunun vəfat etdiyi müəyyən olunmuşdur. A.İbrahimovun cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:16-da başa çatmışdır.

Geri

04 mart 2015-ci il saat 08:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:06-da başa çatmışdır.

Geri

04 mart 2015-ci il saat 00:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1300 kv.m olan sexin anbarının yanar konstruksiyaları və içərisində avadanlıqlar 250 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur.  Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:41-də başa çatmışdır.