Geri

29 mart 2015-ci il saat 10:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Yevlax şəhəri, Varvara su anbarı ərazisində  1 nəfər rezin qayıqla qadağan olunmuş əraziyə daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalamış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:58-də başa çatmışdır.

Geri

29 mart 2015-ci il saat 09:00-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə və evə bitişik ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 mart 2015-ci il saat 01:15-dək:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşlara məxsus ”VAZ” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Chevrolet” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanmışdır. Digər avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.