Geri

28 mart 2015-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:37-də başa çatmışdır.  

Göyçay rayonu, Bığır kəndində vətandaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 144 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.