Geri

27 mart 2015-ci il saat 14:30-dək:

Salyan şəhərində vətandaşlara məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda olan ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 1 kv.m sahədə  yanmışdır. Qonşu evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Çəmənli kəndində vətandaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 mart 2015-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda  1 nəfərin su quyusunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1942-ci il təvəllüdlü kişi dərinliyi təxminən 15 metr olan quyuya nərdivan vasitəsi ilə düşmüş, halsız olduğundan oradan çıxa bilməmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı  quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:48-də başa çatmışdır.

Geri

27 mart 2015-ci il saat 08:15-dək:

Quba rayonu, Xucbala kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları  20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə  və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda kəsilməkdə olan ümumi sahəsi 3000 kv.m gəminin göyərtəsi, gəminin idarəetmə otağı və kayutaların yanar konstruksiyaları 300 kv.m sahədə yanmışdır. Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.