Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında ev əşyaları 5 kv.m sahədə yanmış və yüksək temperaturdan 1 ədəd televizor ərimişdir. Yanğın zamanı ev sahibinin oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım xidməti tərəfindən Yanıq mərkəzinə aparılmış, ev sahibinin həyat yoldaşı yüngül yanıq xəsarəti almış və ona yerində ilkin tibbi yardım göstərilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Füzuli rayonu, Bala Bəhmənli kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin qamışdan ibarət tavanı 15 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları 92 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Kürdəmir rayonu, Pirəköçə kəndində vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (dam örtüyü qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Neftçala rayonu, Şorkənd kəndində "Azərenerji" ASC-yə məxsus 35/10 saylı yarımstansiyada gücü 10 kVt olan trasformatorun yanar hissələri yanmışdır. Yarımstansiyada olan digər transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.