Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atmışdır. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aiddiyyatı üzrə təhvil vermişdir. Əməliyyat saat 17:10-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Bakı-Qazax yolunun 195-ci kilometrliyində sahibləri məlum olmayan “MERCEDES-VİTA” markalı mikroavtobusla, “MERCEDES” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Nəticədə "VAZ" markalı minik avtomobilində 4 nəfər müxtəlif bədən xəsarətləri almış, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardım avtomobilinə mindirilmişlər. Yol kənarına düşmüş meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən götürülərək aidiyyatı qurumlara təhvil verilmişdir. Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 15:10-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyatı qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyir. Xilasedicilər həmin mənzilə daxil olmuş, suisidentlə müvafiq danışıqlar aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək yaxalamışlar. Xilasetmə əməliyyatı saat 12:02-də başa çatmışdır.
Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 384 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 8 kv.m və digər otağın döşəməsi 6 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 24 kv.m olan mətbəxin yanar konstruksiyaları 5 kv.m sahədə və paltaryuyan maşın yanmışdır. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 02:44-də başa çatmışdır.
Sabirabad rayonu, Bulaqlı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı taxta konstruksiyadan ibarət bağ evinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.