Geri

19 mart 2015-ci il saat 08:00-dək:

Abşeron rayonunda vətəndaşa  məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 24 kv.m olan mətbəxin yanar konstruksiyaları 5 kv.m sahədə və paltaryuyan maşın yanmışdır. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 mart 2015-ci il saat 03:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər  mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər  mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 02:44-də başa çatmışdır.

Geri

19 mart 2015-ci il saat 01:30-dək:

Sabirabad rayonu, Bulaqlı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı taxta konstruksiyadan ibarət bağ evinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.