Geri

18 mart 2015-ci il saat 14:15-dək:

Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan hinin yanar konstruksiyaları yanmışdır. Bitşik ümumi sahəsi 80 kv.m olan mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 15 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə və tikilinin içərisində yerləşən gücü 630 kVt olan transformatorun çıxış kabeli 4 p.m yanmışdır. Tikilinin qalan hissəsi və transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 mart 2015-ci il saat 07:45-dək:

Lənkəran rayonu, Lüvəsər kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus umumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət evin 2 otağı, aynabəndin yanar konsturuksiyaları, ev əşyaları və dam örtüyü 180 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 mart 2015-ci il saat 00:00-dək:

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin  2 otağının yanar konstruksiyaları 100 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:37-də başa çatmışdır.