Geri

17 mart 2015-ci il saat 19:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən, Salyan şəhərində yağan yağışın nəticəsində həyətyanı sahələrə su dolmuşdur. Nazirliyin müvafiq qurumları qeyd olunan ərazilərdə suyun çəkilməsi işlərinə cəlb olunmuşlar. Əməliyyat saat 18:00-da başa çatmışdır.

Geri

17 mart 2015-ci il saat 12:30-dək:

Sumqayıt şəhərində "BMW" markalı avtomobilinin yük hissəsi və akkumulyatoru yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 mart 2015-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:51-də başa çatmışdır.

Geri

17 mart 2015-ci il saat 07:50-dək:

Bakı şəhəri, Abşeron rayonunda bir ədəd transformator yanmişdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.