Geri

16 mart 2015-ci il saat 09:30-dək :

Cəlilabad şəhərində vətandaşa məxsus ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində evin 1-ci mərtəbəsində 1 ədəd divan və döşək qismən yanmışdır. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti almışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Geri

16 mart 2015-ci il saat 09:00-dək :

Balakən rayonu, Qaysa kəndində vətandaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin  yanar konstruksiyaları  108 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 mart 2015-ci il saat 08:00-dək :

Yevlax rayonu, Aşağı Bucaq kəndində, 2 ailəyə məxsus, taxta konstruksiyalardan ibarət ümumi sahəsi 128 kv.m olan birmərtəbəli 4 otaqlı  evin yanar konstruksiyaları yanmışdır. Evə bitişik ümumi sahəsi 80 kv.m olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 mart 2015-ci il saat 05:30-dək :

Lənkəran rayonu, Kərgalan kəndində vətandaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2015-ci il saat 00:00-dək :

Ucar şəhərində vətandaşa məxsus ümumi sahəsi 166 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 93 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:12-də başa çatmışdır.