Geri

15 mart 2015-ci il saat 00:00-dək :

Ucar şəhərində vətandaşa məxsus ümumi sahəsi 166 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 93 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:12-də başa çatmışdır.