Geri

15 mart 2015-ci il saat 18:30-dək :

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:09-da başa çatmışdır.

Geri

15 mart 2015-ci il saat 17:30-dək :

Beyləqan rayonu, Şəfəq qəsəbəsində vətandaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyü 100 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 mart 2015-cü il saat 08:30-dək :

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli çayxananın damında 1 ədəd döşək yanmışdır. Çayxana yanğından  mühafizə olunmuşdur. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "HONDA" markalı minik avtomobiıinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı dayanmış avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Siyəzən rayonunda iki "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş vermişdir. Nəticədə yük avtomobilinin birinin sürücüsü 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində vəfat etmişdir. Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı qurumlara təhvil verilmişdir . Əməliyyat saat 05:02-də başa çatmışdır.

Geri

15 mart 2015-cü il saat 03:15-dək :

Zaqatala rayonu, Kəpənəkci kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan talvarın yanar konstruksiyaların 72 kv.m sahədə və altına yığılmış 3 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda “AzSamand" və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş vermişdir. Nəticədə “AzSamand” markalı minik avtomobilinin yanar hissələri yanmışdır.  Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.