Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağdaş rayonu, Ərəbocağı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 187 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 102 kv.m sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 8 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binəqədi rayonunda vətandaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 8 kv.m sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəki rayonu, Kosalı kəndində (rayon mərkəzindən 15 km aralı) vətandaşa məxsus həyatyanı sahəyə yığılmış 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Ağdaş rayonu ərazisində "MERCEDES" markalı minik avtomobili ilə "İVECO" markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş vermişdir. Nəticədə "MERCEDES" markalı avtomobilin sürücüsü bədən xəsarətləri almış və şəxsiyyəti məlum olmayan 1 nəfər qadın hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və meyiti çıxararaq aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 07:45-də başa çatmışdır.
Bakı şəhəri, Qaradağ rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 450 kv.m olan birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Tikilininin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:39-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Balakən şəhərində Təhsil Nazirliyinin balansında olan ümumi sahəsi 600 kv.m birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin “Qızıl Aypara Cəmiyyəti” tərəfindən icarəyə götürülmüş 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 16 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.