Geri

04 fevral 2015-ci il saat 09:30-dək:

Ağdaş rayonu ərazisində "MERCEDES" markalı minik avtomobili ilə "İVECO" markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş vermişdir. Nəticədə "MERCEDES" markalı avtomobilin sürücüsü bədən xəsarətləri almış və şəxsiyyəti məlum olmayan 1 nəfər qadın hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və meyiti çıxararaq aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 07:45-də başa çatmışdır.

Geri

04 fevral 2015-cü il saat 08:30-dək:

Bakı şəhəri, Qaradağ rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 450 kv.m olan birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Tikilininin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 fevral 2015-cü il saat 03:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:39-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən şəhərində Təhsil Nazirliyinin balansında olan ümumi sahəsi 600 kv.m birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin “Qızıl Aypara Cəmiyyəti” tərəfindən  icarəyə götürülmüş 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 16 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.