Geri

04 fevral 2015-cü il saat 03:00-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:39-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən şəhərində Təhsil Nazirliyinin balansında olan ümumi sahəsi 600 kv.m birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin “Qızıl Aypara Cəmiyyəti” tərəfindən  icarəyə götürülmüş 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 16 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.