Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış, halsız vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:13-də başa çatmışdır:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının liftində 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:32-də başa çatmışdır.
Quba rayonu, Digah kəndində dağlıq ərazidə 4 ha sahədə kol-kos və xəzəl yanmışdır. Yaxınlıqdakı meşə sahəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Qaradağ rayonunda vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan avtomobil təmiri sexində 60 kv.m sahəyə yığılmış istifadəyə yararsız avtomobil təkərləri yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Yardımlı rayonu, Hamarkənd kəndində vətandaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binəqədi rayonunda “ TRANSQEYT ” MMC-yə məxsus “DAEVOO” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd arxa oturacaqlar yanmışdır. Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar ərimişdir. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:13-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 14:56-da başa çatmışdır.
Goranboy rayonu Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan bir mərtəbəli 2 otaqlı evin mətbəxdə lambirdən ibarət tavanı 18 kv.m və döşəməsi 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Abşeron rayonu Masazır qəsəbəsində vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərriki yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu Qobu yolunda vətandaşa məxsus ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli 4 otaqlı evin andulindən ibarət dam örtüyü 120 kv.m. sahədə, bir otağının və dəhlizinin yanar konstruksiyaları 22 kv.m sahədə və 2 otağının əşyaları 10 kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Pirallahı rayonu, S.Vurqun küçəsində fəaliyyət göstərməyən inzibati binanin ərasinizdə ümumi sahəsi 30 kv.m olan 2 otaqlı köməkçi tikilinin bir otağının tavanı 12 kv.m sahədə yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.