Bakı şəhəri, Binəqədi rayonunda “ TRANSQEYT ” MMC-yə məxsus “DAEVOO” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd arxa oturacaqlar yanmışdır. Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar ərimişdir. Avtobusun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:13-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Talıbova Svetlana Əbdül qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı S.Talıbovanın vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 14:56-da başa çatmışdır.
Goranboy rayonu Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan bir mərtəbəli 2 otaqlı evin mətbəxdə lambirdən ibarət tavanı 18 kv.m və döşəməsi 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Abşeron rayonu Masazır qəsəbəsində vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin mühərriki yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu Qobu yolunda vətandaşa məxsus ümumi sahəsi 120 kv.m. olan kürsülü, birmərtəbəli 4 otaqlı evin andulindən ibarət dam örtüyü 120 kv.m. sahədə, bir otağının və dəhlizinin yanar konstruksiyaları 22 kv.m sahədə və 2 otağının əşyaları 10 kv.m. sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Pirallahı rayonu, S.Vurqun küçəsində fəaliyyət göstərməyən inzibati binanin ərasinizdə ümumi sahəsi 30 kv.m olan 2 otaqlı köməkçi tikilinin bir otağının tavanı 12 kv.m sahədə yanmışdır. Yanğından köməkçi tikilinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.