Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilə baxış keçirərkən kişi cəsədi aşkar olunmuş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:31-də başa çatmışdır.
Bakı şəhəri, Nərimanov rayonunda dördmərtəbəli binanın 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış 3 ədəd elektrik sayğacı yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Çaxırlı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağının yanar konstruksiyaları 75 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:39-da başa çatmışdır.
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus “Peugeot” markalı minik avtomobilinin mühərriki və salonu qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan "ADDİO" kafesinin mətbəxində havalandırma qurğusu 2 kv.m sahədə yanmışdır. Kafe yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Binəqədi rayonunda vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən hamam otağında plastik vanna 1 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan 8 kv.m sahədə lambirdən ibarət tavan ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:04-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətandaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:32-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:43-də başa çatmışdır.
Bakı şəhəri, Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan mansardının yanar konstruksiyaları 1200 kv.m və penoplastdan ibarət divar üzlüyü 50 kv.m sahədə yanmışdır. Mansardın, divar üzlüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.