Geri

28 fevral 2015-ci il saat 11:00-dək:

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan "ADDİO" kafesinin mətbəxində havalandırma qurğusu 2 kv.m sahədə yanmışdır. Kafe yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2015-ci il saat 09:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən hamam otağında plastik vanna 1 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan 8 kv.m sahədə lambirdən ibarət tavan ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:04-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 fevral 2015-ci il saat 03:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açaraq vətandaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:32-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:43-də başa çatmışdır.

Geri

28 fevral 2015-ci il saat 02:30-dək:

Bakı şəhəri, Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan mansardının yanar konstruksiyaları 1200 kv.m və penoplastdan ibarət divar üzlüyü 50 kv.m sahədə yanmışdır. Mansardın, divar üzlüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.