Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu, Məmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Xıl kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 1.5 ton ot bağlamasının 160 kq-ı yanmışdır. tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Tovuz rayonu, Aşırallar kəndində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağında döşəmə 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 3 ton ot bağlamasının 800 kq-ı yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz rayonu, Hacılar kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.