Geri

02 fevral 2015-ci il saat 00:30-dək:

Tovuz rayonu, Aşırallar kəndində vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağında döşəmə 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Xanlıqlar kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 3 ton ot bağlamasının 800 kq-ı yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Hacılar kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.