Geri

14 fevral 2015-cü il saat 09:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan kafenin mətbəxinin tavanı 5 kv.m sahədə, mətbəx əşyaları qismən yanmış, kafedə olan kondisioner və televizor yüksək temperaturdan ərimişdir. Yanğın zamanı kafeyə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan valyuta dəyişmə məntəqəsinin tavanı 4 kv.m sahədə və içərisində olan əşyalar qismən yanmışdır. Tikililərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan mebel satışı mağazasının yanar konstruksiyaları 2 kv.m sahədə və içərisində olan yataq dəsti yanmışdır. Mebel mağazasının qalan hissəsi və ona bitişik zinət əşyalarının satışı mağazası yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 130-cu kilometrliyində, Şamaxı rayonu ərazisində vətəndaşa məxsus “LİFAN” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər avtomobildən şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:26-da  başa çatmışdır.

Geri

14 fevral 2015-cü il saat 03:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilin çardağının yanar konstruksiyaları 70 kv.m  və çardağda tikilmiş ümumi sahəsi 10 kv.m olan köməkçi  tikili yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa  rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.