Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 4 otaqlı mənzilin çardağının yanar konstruksiyaları 70 kv.m və çardağda tikilmiş ümumi sahəsi 10 kv.m olan köməkçi tikili yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.