Geri

13 fevral 2015-cü il saat 17:45-dək:

Bakı şəhəri, Xətai rayonunda kommunal tipli üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 10 kv.m olan mətbəxin yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 fevral 2015-cü il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:25-də başa çatmışdır.

Geri

13 fevral 2015-cü il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxmış və geri qayıtmamışdır. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

Geri

13 fevral 2015-cü il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər yaşayış binasının 4-cü mərtəbəsində liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:38-də başa çatmışdır.

Geri

13 fevral 2015-cü il saat 09:00-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 6 kv.m olan köməkçi tikilinin lambirdən ibarət tavanı 2 kv.m sahədə və içərisində olan əşyalar qismən yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 fevral 2015-cü il saat 03:15-dək:

Bərdə rayonu, Alaçadırlı kəndi (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin və ona bitişik olan taxta konstruksiyadan ibarət ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 fevral 2015-cü il saat 02:45-dək:

Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-də yerləşən ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanmışdır. Ərazidə olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 fevral 2015-cü il saat 01:15-dək:

Masallı rayonu, Köcəkli kəndində (rayon mərkəzindən 17 km aralı) vətandaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.